ADNA-da törədilən terror aktından 9 il ötür -FOTO
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktının növbəti ildönümüdür. Dəhşətli hadisədən 9 il ötür.
Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin güllələnməsindən 8 il keçir. Dünyada və xüsuslə Qərb ölkələrində terror hücumlarının geniş vüsət aldığı indiki dövrdə Bakıda, paytaxtın mərkəzi küçələrindən birində yerləşən Neft Akademiyasına silahlı hücum və bu hücum ətrafında baş verənlər əhəmiyyət kəsb edir.
Rəsmi məlumatlara görə, 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının “Qaz Neft Mədən” və “Neft Mexanikası” fakültələrinin yerləşdiyi binaya daxil olan şəxs qarşısına çıxan hər bir kəsə “Makarov” tipli tapançadan atəş açıb. Nəticədə 13 nəfər ölüb, 13 nəfər yaralanıb. Öldürülən və yaralananların demək olar ki, hamısı tələbə və müəllimlərdir. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı şəxs özünü də öldürüb. Özünü öldürən şəxs 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Fərda Qədirov olub. Qədirovun universitetdə nə qədər güllə sərf edərək atəş açdığı müəyyən edilməyib. Ancaq o özünü öldürdükdən sonra üstündən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.
Baş vermiş hadisə ilə bağlı Respublika Baş Prokurorluğu vəDaxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində F.Qədirovla əlaqəli şəxslərin bir çoxu cinayət məsuliyyətinə cəlb olunub. Baş verən kütləvi qətlin sifarişçisinin erməni əsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyan olduğu müəyyənləşib. Cinayət işinin materiallarına görə, Neft Akademiyasında terror aktının törədilməsini sifariş verən Qumaşyan Mardun Qriqoryeviç 1951-ci il mart ayının 6-da Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində anadan olub. Mardun Qumaşyanın barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2010-cu il avqust 10-u tarixli hökmü ilə iş üzrə təqsirləndirilənlər - Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. (report)
Terror aktı nəticəsində ölənlərin və yaralıların adları:
Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü
Nəzəri Mexanika fakültəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü
Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu, 1946-ci il təvəllüdlü
Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü
Tələbələr
Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü
Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü
Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü
Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü
Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü
Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü
Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü
Və Akademiyaya süd məhsulları gətirən
Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü
Yaralananların siyahısı:
İsayev Kənan
Mustafa Məhəmməd
Rüstəmbəyov Faiq
Şirəliyev İlkin Azər oğlu (1989-cu il)
Mustafayev Elşən Elbəy oğlu (1989-cu il)
Axundov Rəhman
Cəmiyev Elvin Azər oğlu (1989-cu il)
Hüseyinli Zemfira
Daas Muavviyyə (Suriya)
Seyidəhməd Əmru
Mənbə:> AzNews.info