Futbolçudan biabırçı hərəkət – VİDEO
İspaniya La-Liqasının son turunda baş tutan “Sevilya” - “Elçe” oyununda çox maraqlı və futbolda nadir hallarda rast gəlinən hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, meydan sahiblərinin 32 yaşlı müdafiəçisi Fernando Navarro ehtiyat oyunçular skamyası ilə tualetin yerini səhv salaraq gülüş hədəfinə çevrilib.
Bu hadisə rejissorların gözündən yayınmayıb. Futbolçunun bu hərəkətini spikerlər də məzxərəyə qoyublar.
Bu video sosial şəbəkədə yayıldığdan sonra Navarro qınaq obyektinə çevrilib.
Mənbə:> ANSPRESS