Leyla Şıxlinskayanın itinin aylıq yemək xərci - 500 manat! » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Leyla Şıxlinskayanın itinin aylıq yemək xərci - 500 manat!

Leyla Şıxlinskayanın itinin aylıq yemək xərci - 500 manat!

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində "Leyla Şıxlinskaya” klinikasının böyük məbləğdə mənimsəmədə ittiham olunan işçilərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə şahid qismində ekspert Zaur Məmmədov ifadə verib. O, klinikaya aid “qara” mühasibatlıq sənədlərini yoxladığını bildirib: ”Bizə təqdim olunan “qara mühasibatlıq” sənədləri idi. O sənədlərdə ancaq rəqəmlərlə işlədik. Sənədin doğruluğuna istintaq qiymət vermişdi”.

Vəkil həmin sənədlərdə Leyla Şıxlinskayanın itinin aylıq yeməyi üçün 500 manatlıq xərc yazıldığını bildirib. Həmin sənədlərin mühasibatlıq sənədləri olub-olmadığını soruşub. Ekspert isə belə olduğunu qeyd edib.

Leyla Şıxlinskayanın itinin aylıq yemək xərci - 500 manat!


Müdafiə tərəfi işlə bağlı ekspertiza keçirilməsi üçün vəsatət qaldırıb. Məhkəmədə fasilə elan olunub.

Bu cinayət işi üzrə təqsirləndirilənlərin sayı 7 nəfərdir, onların arasında klinikanın keçmiş baş mühasibi Şəhla Abbasova da var. Məhkəmə önünə çıxarılan digər işçilər isə Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsüyeva, Nigar Rzaquliyeva və Yelena Abdullayevadır.

Onlara Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə ittiham verilib.

Keçmiş işçiləri klinikanın rəhbəri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır.

Bu iş üzrə istintaqı əvvəlcə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb. İstintaqın gedişində klinikanın özündə də milyonlarla manat vergidən yayınma aşkarlanıb, məlum olub ki, klinikanın real gəlirləri gizlədilib, daxil olan vəsaitlər “qara kassa”da toplanıb və xarici bank hesablarına, daşınmaz əmlaka və digər yerlərə yönəldilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *