“Leyla Şıxlinskaya” klinikasının “qara kassasında” yeyinti işi: hakim şahidlərə xəbərdarlıq göndərdi » AzNews.info -Xəbər portalı

“Leyla Şıxlinskaya” klinikasının “qara kassasında” yeyinti işi: hakim şahidlərə xəbərdarlıq göndərdi

“Leyla Şıxlinskaya” klinikasının “qara kassasında” yeyinti işi: hakim şahidlərə xəbərdarlıq göndərdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti, aktrisa Leyla Şıxlinskayanın rəhbərlik etdiyi "Leyla Şıxlinskaya" klinikasının “qara kassası”ından külli miqdarda pulun mənimsəmədə təqsirləndirilənlərin işi üzrə məhkəmə prosesi davam etdirilib. Virtualaz.org xəbər verir ki, məhkəmə iclası başlayandan qısa müddət sonra təxirə düşüb. Çünki iş üzrə şahid qismində adı keçənlərin əksəriyyəti ifadə vermək üçün çağırışa məhəl qoymur.

Bu iş üzrə klinikanın keçmiş baş mühasibi Şəhla Abbasova, işçilər Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərləri təqsirləndirilən şəxs qismində məhkəmədə dindirilirlər.

“Leyla Şıxlinskaya” klinikasının “qara kassasında” yeyinti işi: hakim şahidlərə xəbərdarlıq göndərdi


Hakim Əfqan Hacıyev iş üzrə 69 nəfər şahidin olduğunu elan edib. Ancaq hakim bildirib ki, onlardan sadəcə 13 nəfəri dindirilib. Qalanları isə ifadə verməyə gəlmir. Məhkəmə prosesə gəlməyən şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Hakim hələlik klinikanın sahibinin də ifadə verməyə gəlmədiyini xatırladıb, deyib ki, hələlik Leyla Şıxlinakaya ilə əlaqə saxlamayıblar və ona zəng vurub məhkəməyə gəlməməsinin səbəblərini soruşmayıblar. Ancaq o, gələn dəfə də iclasa gəlməsə barəsində məcburi gətirilmə haqda qərarın çıxarılması istisna deyil.

Məhkəmənin növbəti iclası fevralın 8-nə təyin edilib.

Klinikanın keçmiş işçiləri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır. Bu iş üzrə istintaqı əvvəlcə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb. Cinayət işinin istintaqı zamanı klinikanın 8 milyon manata qədər vergidən yayındığı da üzə çıxıb və bu fakt üzrə ayrıca istintaq başladılıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *