Sumqayıtda “5-də 5”: “lənətlənmiş” müdir kreslosu
"Gənclər şəhəri" kimi tanınan Sumqayıt hər zaman təhsildəki uğurları ilə qabaqcıllar sırasında olub. Fəhlə şəhəri olan Sumqayıtın övladları əzm və təmkini ilə dərin savad və yüksək intellekti ilə böyük nailiyyətlər əldə edərək respublikamızın digər şəhərlərini çox zaman geridə qoya biliblər.
Son 5 ildə isə Sumqayıtda Təhsil şöbəsinin müdiri kreslosunu sanki "tilsimləyiblər”
Araşdırma göstərir ki, son 5 ildə Sumqayıt Təhsil şöbəsinə 5 müdir rəhbərlik edib.
Uzun müddət təhsil sistemində çalışan Vaqif Ələkbərov bu vəzifədən kənarlaşdırıldıqdan sonra çoxları "Gənclər şəhəri”nin təhsilində inqilabi dəyişikliklər olacağını düşünürdü. Amma…
Maraqlıdır ki, Sumqayıt şəhər təhsil şöbəsinin müdiri vəzifəsini daşıyanlar ancaq "qonaq” qismində kresloda əyləşməli olurdular. Yəni Vidadi Bağırovdansonra bu kabinetə qədəm basanların heç biri adını çəkdiyimiz keçmiş müdir qədər bu postda qərarlaşa bilmədilər. Bir sözlə, gəldilər, getdilər…
2012-ci ildən 2013-cü ilin mart ayına qədər Sumqayıt Təhsil şöbəsinin müdiri Mahal Əliyev olub. Onun şəhər təhsilinə rəhbərliyi cəmi 5 ay sürüb.
M.Əliyev vəzifədən uzaqlaşdıldıqdan sonra Sumqayıt Təhsil şöbəsinin müdiri vəzifəsinə uzun müddət təyinat olmayıb. Belə ki, 2015-ci ilin sentyabr ayına qədər bu vəzifəni müdir müavini VaqifƏləkbərov icra edib.
Vaqif Ələkbərovu bu vəzifədə 2015-ci ilin oktyabr ayından Teymur Səmədov əvəz edib. T.Səmədov müdir vəzifəsində cəmi 6 ay çalışıb. O, Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini təyin olunduğundan müdir postunu tərk etməli olub.
İyirmi ildən sonra isə Sumqayıt Təhsil şöbəsinə yenidən qadın rəhbərlik etməyə başlayıb. Belə ki, 2016-cı ilin aprel ayından təhsil şöbəsinin müdiri Ruhiyyə Tağıyeva olub.
Xanım məmurun ömrü bu postda elə də uzun olmayıb. Belə ki, həmin ilin noyabr ayında R.Tağıyeva tutduğu vəzifədən azad olunub.
2016-cı ilin noyabrından isə Sumqayıt Təhsil şöbəsinə Nizami Namazov rəhbərlik edir.
Bu günlərdə Sumqayıt Təhsil şöbəsinin müdiri N.Namazovun da işdən öz ərizəsiylə azad edildiyi barədə də məlumat yayıldı.
Görünür onun da əyləşdiyi "kreslo laxladı”
Belədə sual yaranır, ölkənin kadr laboratoriyası rolunu oynayan Sumqayıtda təhsilə rəhbərlik edəcək pedaqoq tapmaq beləmi çətindir? Hər halda son illərin qısamüddətli təyinatları bunu düşünməyə əsas verir.
Mənbə:> Xeberle.com