Ağsuçayın beton layları uçdu
Ağsuçayın Ağsu rayonu ərazisindən keçən hissəsində daha bir təhlükə yaranıb.
Bu barədə Trend-ə Ağsu Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilir ki, çayın rayonun "20 Yanvar" küçəsindən keçən hissəsində beton laylar qopub. Nəticədə çay həmin küçədəki evlərə təhlükə yarada bilər: “Həmin ərazi bir-neçə il əvvəl betonlanmışdı. Lakin son vaxtlarda yağıntının miqdarının çox olmasından çay məcrasından çıxaraq rayon ərazisində bir neçə evə təhlükə yaratdı. Bunun qarşısını almaq üçün çayın məcrasını dəyişdik, həmin evlərə yaranan təhlükənin qarşısını aldıq. Məsələ ilə bağlı "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək problemin qarşısının alınmasını xahiş etmişik".
Xatırladaq ki, bir müddət əvvəl Ağsuçay daşaraq çayın kənarındakı bəndləri yumuşdu. Bu da çay kənarında yerləşən evlərə təhlükə yaratmışdı.
Mənbə:> Trend