Məmurların "saxladığı" qadınların özbaşınalğı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Məmurların "saxladığı" qadınların özbaşınalğı

Məmurların "saxladığı" qadınların özbaşınalğı


Fazil Mustafa: "Belə özbaşınalıqlara görə, kiminsə işdən çıxarılması, vəzifədən uzaqlaşdırılması ənənəsi bizdə yoxdur. Buna arxayın olanlar daha çox belə özbaşınalığa yol verir"

"Məmurların özləri ilə bərabər, qohumlarının "saxladıqları" qadınların özbaşınalığı Azərbaycanda geniş yayılan anormal haldır”, bunu sherg.az-a millət vəkili Fazil Mustafa söyləyib. O vurğulayıb ki, bu hərəkətlər qudurğanlıq və görməmişlik simptomlarının ortaya çıxardığı məqamlardır: "Belə davranan insanların böyük əksəriyyəti sanki özlərinin yaxın adamlarına, qeyri-qanuni "saxladıqları" qadınlara kredit kartı veriblər ki, istənilən özbaşınalığı edə bilərlər. Bu hala ölkədə qanunun aliliyini təmin etməklə son qoymaq mümkündür. Hər hansı şəxs məmurun yaxınıdırsa, bu o demək deyil ki, onlar sadə insanlara sayğısızlıq etməlidirlər. Burada cəmiyyətin özü və medianın üzərinə böyük məsuliyyət düşür. Həmin məqamların dərhal ifşa olunması, açıq şəkildə insanlara çatdırılması vacibdir. Bu, qudurğanlığın yeni formasıdır. Konkret olaraq məmurun adı çəkilməlidir. Onsuz da, həmin məmurların özləri millətin üzərinə yük idi, indi isə onların saxladığı qadınlar, yaxın qohumları peyda olub. Cəmiyyətin bu vəziyyətə müqavimətindən çox şey asılıdır”.

Məmur qohumlarının özbaşınalıqlarının daha çox mediaya sızdığını diqqətə çatdıran deputat belə məqamların dərhal işıqlandırılmasının tərəfdarıdır: "Polisə tabe olmayan, avtoşluq edən, vəzifəsini yerinə yetirən şəxsləri himayədarları ilə hədələyən insanlara ən yaxşı cavab ictimai qınaqdır. Yetərincə qınaq olsa, çoxları belə addımların fəsadlarını düşünər. Belə özbaşınalıqlara görə, kiminsə işdən çıxarılması, vəzifədən uzaqlaşdırılması ənənəsi bizdə yoxdur. Buna arxayın olanlar daha çox belə özbaşınalığa yol verir. Halbuki cəmiyyətin medianın qınağı yerində olsa, mənfi məqamlar azalar”.

Qeyd edək ki, son illərdə sosial şəbəkələrdə və mətbuatda məmur övladlarının, onların qohumlarının və xüsusilə sevgililərinin özbaşınalığı haqqında tənqidlər səsləndirilir. Bu şəxslərin mənfi münasibəti, özbaşına və tərbiyəsiz rəftarı ilə qarşılaşan sadə vətəndaşlar sosial şəbəkə hesablarında üzləşdikləri mənzərəni paylaşırlar.

Mənbə: sherg.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *