Bakıda şirkət sakinləri köçürmədən evləri sökdü, iki nəfər xəstəxanaya düşdü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Bakıda şirkət sakinləri köçürmədən evləri sökdü, iki nəfər xəstəxanaya düşdü

Bakıda şirkət sakinləri köçürmədən evləri sökdü, iki nəfər xəstəxanaya düşdü

Ötən şənbə günü Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 59-dakı köhnə birmərtəbəli həyət evlərinin sakinləri buldozerlərin, uçurulan evlərin səs-küyünə yuxudan durublar. Bəlli olub ki, evləri onlar içində ola-ola, yəni sakinlər köçürülmədən uçurdulur. Bu qalmaqal zamanı sakinlərdən ikisinin vəziyyəti pisləşib, hadisə yerinə təcili yardım və polis əməkdaşları çağırıblar. Sakinlərə müvəqqəti olaraq qohumlarının evində məskunlaşmaları tövsiyə edilib.

Bu barədə virtualaz.org saytına sakinlər məlumat veriblər. Evləri uçurdan isə həmin ərazidəki köhnə evlərin yerində “Pilot layihə” çərçivəsində yeni çoxmərtəbəli yaşayış kompleksi tikməyə hazırlaşan “Grand Plaza” MMC adlı şirkətdir.

Sakinlərin sözlərinə görə, söküntü elə qəfil başlayıb ki, heç əşyalarını evdən çıxara bilməyiblər. Onların dediyinə görə, evlərini tərk edəndən sonra fəhlələr əşyalarını oğurlayırlar.

Bakıda şirkət sakinləri köçürmədən evləri sökdü, iki nəfər xəstəxanaya düşdü


“Şirkətin əməkdaşları bizimlə olduqca aqressiv rəftar edirlər. Buna görə də qorxumuzdan səsimizi çıxara bilmirik. Sökülən evlərin yerində bina tikiləcəyi və həmin binadan bizə ev veriləcəyi bildirilsə də, rəsmi sənəd verilmədiyinə, müqavilə bağlanmadığına görə razı olmurduq”, -sakinlər söyləyiblər.

Hazırda şirkətin bir qrup əməkdaşı söküntü işlərinə nəzarət edir. Onlardan biri özünü təqdim etməsə də, tum çırtlaya-çırtlaya bir-iki kəlmə danışdı: “Mənzil istismar sahəsinin əməkdaşlarının iştirakı ilə əşyaları aktlaşdırmışıq. Pilot layihə çərçivəsində bina tikəcəyik. Gözəl layihə olacaq, dövlətin layihəsini həyata keçiririk”. Evlərin sakinlər çıxarılmadan sökülməsinə gəldikdə, şirkətin əməkdaşı bunu anlaşılmazlıq adlandırdı: “Bu buldozerin sürücüsünün səhvi olub, sürücü lal-kardır, deyilənləri eşitməyib”.

Bakıda şirkət sakinləri köçürmədən evləri sökdü, iki nəfər xəstəxanaya düşdü


Şirkətin işçiləri sakinlərlə ətraflı danışmağımıza və söküntü ərazisinə yaxınlaşmağımıza əngəl yaratdılar, foto çəkməyə mane olmağa çalışdılar.

Qeyd edək ki, Grand Plaza MMC tikinti şirkəti Nəsimi rayonunda X.Ələsgərov, S.Rüstəm, Q.Quliyev və X.Şuşinski küçələrində də çoxmənzilli köhnə yaşayış binalarını söküb. Onların yerində yeni binaların tikintisini başladıb.

Bakıda şirkət sakinləri köçürmədən evləri sökdü, iki nəfər xəstəxanaya düşdü
Bakıda şirkət sakinləri köçürmədən evləri sökdü, iki nəfər xəstəxanaya düşdü
Bakıda şirkət sakinləri köçürmədən evləri sökdü, iki nəfər xəstəxanaya düşdü
Bakıda şirkət sakinləri köçürmədən evləri sökdü, iki nəfər xəstəxanaya düşdü

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *