"Azərişıq" ASC işə qəbul elan edir
“Azərişıq”ASC-nin İmişli, Beyləqan, Fizuli, Ağdam Ağcabədi, Zərdab, Neftçala, Səlyan və Kürdəmir Elektrik Şəbəkələrində enerji satışı mütəxəssisləri üzrə nəzarətçi-mühəndislərin işə qəbulunu elan edir. Nəzarətçi-mühəndislər elektroenergetika və digət texniki ixtisaslar üzrə ali təhsilli olmalıdır.
İşə qəbul Səhmdar Cəmiyyətin “İşə Qəbul Komissiya”sı tərəfindən test və müsahibə yolu ilə həyata keçiriləcəkdir. Sənədlər 2018-ci il aprel ayının 20 tarixinə kimi İmişli, Beyləqan, Fizuli, Ağdam Ağcabədi, Zərdab, Neftçala və Səlyan Elektrik Şəbəkələrinin inzibati binalarında və “Azərişıq” ASC-nin Bakı şəhəri, Bakıxanov-13 küçəsində yerləşən Səhmdar Cəmiyyətin Kadrlar İdarəsində qəbul olunacaqdır.
Tələb olunan sənədlər:
- Fotoşəkilli anket forması (CV);
- Şəxsiyyəti təsdiq edən sənədin surəti;
- Təhsil haqqında sənədin surəti.
Əlaqə telefonları: (+99412) 440 39 93 (daxili – 22-32)
E-mail: info@azerishiq.az
Mənbə:> Virtualaz.org