“Azərişıq” ASC bayram günləri ilə bağlı xüsusi iş rejiminə keçdiyini elan edir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Azərişıq” ASC bayram günləri ilə bağlı xüsusi iş rejiminə keçdiyini elan edir

“Azərişıq” ASC bayram günləri ilə bağlı xüsusi iş rejiminə keçdiyini elan edir

“Azərişıq” ASC tərəfindən bayram və qeyri-iş günləri sayılan 31 dekabr, 1-3 yanvar tarixlərində enerji istehlakçılarının və bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz enerji təchizatının təmin olunması məqsədilə bir sıra texniki və təşkilatı tədbirlər görüləcək.

Bayram günlərində “Azərişıq” ASC-nin Mərkəzi Aparatı üzrə məsul şəxslərdən ibarət növbətçilik təşkil ediləcək. Həmçinin qeyd edilən tarixlərdə enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi təmin ediləcək.

Bununla yanaşı elektrik şəbəkəsinin normal rejiminin təmin olunması məqsədilə Rayon Enerji Təchizatı və Satışı İdarələri (RETSİ), Enerji Təchizatı və Satışı İdarələri (ETSİ) və Elektrik şəbəkələri (EŞ) üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarəti gücləndiriləcək. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlərin icrası müvəqqəti olaraq dayandırılacaq.

Bayram tədbirlərinin keçirildiyi günlərdə Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat xidmətində növbətçilik təşkil ediləcək, habelə zəruri olan mal-materialların ehtiyatı yaradılacaq. “Azərişıq” ASC-nin 199 saylı “Cağrı mərkəzi” 24 saat abonentlərin xidmətində olacaq.

“Azərişıq” ASC Rəhbərliyi və kollektivi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə elektrik enerjisi istehlakçılarını təbrik edir,firavan həyat,İşıqlı gələcək arzulayır.

Y O L U N U Z D A İ M İ Ş I Q L I O L S U N !!!

“Azərişıq” ASC-nin mətbuat xidməti

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *