Yerevanı bir neçə saat ərzində qorxu altında saxlayan bakılı
Ermənistan polisinə zəng edərək parlamentin binasına bomba qoyulduğunu deyən şəxsin kimliyi müəyyən edilib.
AzNews.info Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu, 1984-cü ildə Bakıda anadan olmuş K.Q. adlı şəxsdir.
Həmin şəxs bu gün günorta saatlarında polisə zəng edib. Zəng əsasında aparılan tədbirlərdən sonra bomba xəbərinin yalan olduğu üzə çıxıb. Bundan əlavə, zəng edənin şəxsiyyəti də müəyyənləşdirilib.
Həmçinin onun son səkkiz il ərzində Almaniyada yaşadığı deyilir.
Mənbə:> Sputnik Azərbaycan