Bakı metrosunda bomba həyəcanı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Bakı metrosunda bomba həyəcanı

Bakı metrosunda bomba həyəcanı


Bakıda metroya bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb.

Oxu.Az-ın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, noyabrın 4-də saat 12:10 radələrində naməlum şəxs metronun "20 Yanvar" stansiyasına bomba qoyulması və 13 dəqiqədən sonra partlayacağı barədə DİN-in "102" Zəng Mərkəzinə məlumat verib.

Dərhal aparılan araşdırmalarla zəng edən şəxsin Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Şahlar Həsənov olması müəyyən edilib.

Metropolitendə Polis Şöbəsi və Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Həsənov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *