Aprelin 27-29-da metro saat 2-yə qədər işləyəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Aprelin 27-29-da metro saat 2-yə qədər işləyəcək

Aprelin 27-29-da metro saat 2-yə qədər işləyəcək

Aprelin 27-29-da Bakıda keçiriləcək "Formula-1" Azərbaycan Qran PRİ yarışları zamanı Bakı Metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Qurum rəsmisi bildirib ki, yarışların işçi heyəti və izləyicilərin daşınması ilə əlaqədar olaraq Bakı Metropoliteni qrafikdə dəyişiklik edəcək: "Əsasən tədbirlərin keçiriləcəyi əraziyə yaxın 2 stansiya - "28 may" və "İçərişəhər" stansiyalarında iş qrafiki artırılacaq. Zərurət yaranarsa, gecə saat 02:00-a qədər hər iki stansiya şərnişinlərin girişi üçün açıq olacaq".

N.Paşayev bildirib ki, yarışların keçirildiyi günlərdə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin Təşkilat Komitəsi ilə birgə işləyəcək: "Komitə ilə mütəmadi əlaqə yaradılacaq. Əgər ziyarətçi və iştirakçıların daşınmasına zərurət yaransa, 02:00-a qədər, əks halda isə 01:00-a qədər işləyəcəyik. Əgər ziyarətçilərin daşınması saat 01:00-da başa çatsa, metro stansiyaları da həmin vaxt bağlanacaq. Sərnişinlərin daşınması və mənzil başına çatdırılmasında heç bir problem olmayacaq".

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *