“Günah sayt rəhbərlərindədir...” – Hadı Rəcəbli » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Media

“Günah sayt rəhbərlərindədir...” – Hadı Rəcəbli

 “Günah sayt rəhbərlərindədir...” – Hadı Rəcəbli


“Sözləri təhrif olunanda, insanlar jurnalistlərdən qaçırlar”.

Yenicag.az-a açıqlamasında jurnalistlərlə münasibətinə toxunan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

“Mənim açıqlama və ya müsahibə verdiyim jurnalistlərdə günah yoxdur. Günah başlıq çıxaranlardadır, qarışıqlıq salanlardadır. Nə deyim, jurnalistdirlər də…

Başlıq çıxaranda bir az diqqətli, həssas və obyektiv olsunlar. Görürsən ki, sayt rəhbərləri bəzən bu məqamları gözləmirlər. Belə etmək olmaz.

Heç bu söhbətimizin də dərc olunmasını istəmirəm, bundan da bir şey çıxararlar (Gülür). Dedim axı, jurnalistlərdən narazılığım yoxdur. Ancaq baxın, mənimlə bağlı nə qədər yalan, həqiqətdən uzaq məlumatlar yayılıb.

Məsələn, sosial şəbəkələrlə əlaqədar fikirlərimi təhrif etmişdilər. Mən demişdim ki, sosial şəbəkələrlə bağlı addımlar qanunvericilik əsasında olmalıdır. Götürüb yazdılar ki, Hadı Rəcəbli sosial şəbəkələrin bağlanmasını təklif edib. Ancaq elə deməmişdim axı…

Görürsünüz, jurnalistlərin zənglərini cavabsız buraxmıram. İndi mən neyləyim, telefonu açmayım? Sözləri təhrif olunanda, insanlar jurnalistlərdən qaçırlar.

Mən jurnalistlərdən niyə inciyim ki? Onlar da mənim dostlarım, həmkarlarımdır. Mən də jurnalist çörəyi yemişəm, jurnalist işləmişəm. Ancaq belə səhvlərə yol verməmişəm. Bizim vaxtımızda fərqli idi”.

Mənbə: Yeniçağ.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *