Hadı Rəcəbli: “Mən belə söz deməmişəm” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Hadı Rəcəbli: “Mən belə söz deməmişəm”

Hadı Rəcəbli: “Mən belə söz deməmişəm”

“Təəssüf ki, bəzi KİV-lər mənim sözlərimi təhrif edərək, vacib və aktual siyasi bəyanatımın mənasını dəyişikliyə uğradıblar. Mən sosial şəbəkələrin, ələlxüsus “Facebook”un bağlanmasına çağırmamışam. Mən insanları təhqir edən və mənəvi-mədəni dəyərlərə zərər vuran sosial şəbəkə istifadəçilərinin səhifələrinin, bu cür saytların bloklanmasında mövcud beynəlxalq təcrübədən yararlanmağa çağırmışam”, - virtualaz.org-a müsahibəsində Milli Məclisin deputatı Hadı Rəcəbli deyib.

Hiddətlənmiş deputat redaksiyaya şəxsən müraciət edib və mövqeyinin dəqiqləşdirilməsini xahiş edib: “Bax, buna görə jurnalistlərdən qaçır və müsahibə vermirəm. Mən nə demişəm? Prezidentin, onun ailəsinin, ümumilikdə, bütün şəxslərin ünvanına təhqirlərin yolverilməzliyini demişəm. Hər bir insanın şərəfi və ləyaqəti var və təhqiramiz hücumların söz azadlığına heç bir aidiyyatı yoxdur. “Facebook”un bağlanmasının bura nə dəxli var? Mən siyasi elmlər doktoruyam, belə bir absurd çağırış edə bilərdimmi? Söhbət yalnız bu təxribatçı elementlərin səhifələrinin bloklanmasından gedir”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *