Bakı metrosunda iki dil və yeni musiqi eşidiləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakı metrosunda iki dil və yeni musiqi eşidiləcək

Bakı metrosunda iki dil və yeni musiqi eşidiləcək



“Bakı Metropoliteni” QSC bir sıra stansiyalarda dəyişiklik edib.

Rakus.az xəbər verir ki, metronun 4 stansiyasında sərnişinlərə bildirişlər musiqi parçası ilə birlikdə iki dildə səsləndiriləcək.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, musiqi parçası səsləndirlən stansiyaların sayı 24-ə çatıb: “İndiyə qədər bizim 25 stansiyadan 5-də musiqi və səsləndirmə yox idi. Onlar “Avtovağzal”, "Memar Əcəmi" (Bənövşəyi xətt) stansiyası, “Cəfər Cabbarlı”, “Şah ismayıl Xətai” və “Bakmil” stansiyalarıdır. Artıq bu gündən “Bakmil” istisna olmaqla 4 stansiyada həm musiqi var, həm də Azərbaycan və İngilis dilində stansiya adları və anonslar verilir”.

Musiqi parçalarının hansı əsərlərdən olması açıqlanıb Belə ki, “Şah İsmayıl Xətai” stansiyasında Fikrət Əmirovun “1001 gecə” baletindən “Cəfər Cabbarlı” stansiyasında Fikrət Əmirovun “Azərbaycan capriççiosu”ndan, “Avtovağzal” stansiyasında Üzeyir Hacıbəyovun “Arazbari”sindən, "Memar Əcəmi" (Bənövşəyi xətt) stansiyasında isə Rauf Hacıyevin “Leyla”sından fraqment səslənir.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *