Sərnişinlər “Avtovağzal” stansiyasının liftini qırdılar » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Sərnişinlər “Avtovağzal” stansiyasının liftini qırdılar

Sərnişinlər “Avtovağzal” stansiyasının liftini qırdılar


“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin metronun “Avtovağzal” stansiyasında fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan lift sındırılıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, buna səbəb sərnişinlərin liftin mexanizmi sındırması olub:

“Həmin lifti “Avtovağzal” stansiyasında tikərkən onu sağlamlıq imkanları məhdud olan insanlar üçün nəzərdə tutmuşduq. Lakin ondan sağlamlığı yerində olanlar daha çox istifadə edirlər. Açılışdan iki gün sonra liftə xələl yetirildi. Liftə girişdə qapılar var, sərnişinlər güc tətbiq edib mexanizmini sındırıblar. Amma biz artıq lifti təmir etmişik”.

Qeyd edək ki, aprelin 19-da Bakı Metropoliteninin yeni-bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarının açılışı baş tutub. “Avtovağzal” stansiyasının 8 giriş-çıxışı var. Burada 20 eskalator və 8 travelator, həmçinin fiziki imkanları məhdud insanlar üçün lift də quraşdırılıb.

Mənbə: Oxu.Az - Elvin Əhmədov
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *