Əziz Orucov azadlığa buraxılıb
Bu gün Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə "Kanal 13" internet televiziyasının icraçı direktoru Əziz Orucovun kassasiya şikayətinə baxılıb.
Bu barədə virtualaz.org-a Ə.Orucovun vəkili Cavad Cavadov məlumat verib. Vəkilin sözlərinə görə, Əziz Orucovun ittiham olunduğu Cinayət Məcəlləsinin 192.2-ci maddəsi iləonun əməlində cinayət tərkibi olmadılğına görə qərar ləğv olunub, həmin hissədə iş üzrə icraata xitam verilib.
Cinayət Məcəlləsinin 308.2-ci maddəsi 308.1-ci maddəsinə tövsif olunmaqla barəsində 3 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70- ci maddəsi tətbiq olunaraq 3 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunub.
Mənbə:> Virtualaz.org