YouTube-un ofisində atəş açan Nasim Ağdam İran əsilli azərbaycanlıdır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

YouTube-un ofisində atəş açan Nasim Ağdam İran əsilli azərbaycanlıdır

YouTube-un ofisində atəş açan Nasim Ağdam İran əsilli azərbaycanlıdır

Şimali Kaliforniyada YouTube-un baş qərargahına hücum edən qadın 3 nəfərə atəş açaraq onları yaraladıqdan sonra intihar edib.

ABŞ mətbuatı şübhəlinin Nasim Aghdam olduğunu və insidentin ailədaxili münaqişə zəmnində baş verdiyini yazır.

Yaralananlardan biri, 36 yaşlı kişinin şübhəli qadının sevgilisi olduğu düşünülür, CBS yazır. Bundan başqa, 32 və 27 yaşında iki qadın da güllələnib.

Polis atışmanın səbəblərini açıqlamayıb.

Nə baş verib?

Şübhəli şəxs yemək zamanı həyət qapısına yaxınlaşaraq tapança ilə atəş açıb.

Polislər hadisə yerinə gəldikdə insanların ora-bura qaçdığını görüb.

Yerli telekanalların göstərdiyinə görə, şirkətin işçiləri binadan təxliyyə olunub.

San Bruno polis müdiri Ed Barberini ərazidə bir nəfər yaralı qadın tapdıqlarını, daha sonra isə özünü güllələyərək intihar edən başqa bir qadın da tapdıqlarını deyib.

Digər iki qurban da qısa müddətdə tapılıb.

Rəsmilər bəzi yaralıların vəziyyətinin ağır olduğunu bildirib.

YouTube-un baş qərargahında 1700-ə yaxın adam işləyir.

YouTube Google şirkətinə aiddir.

YouTube-un ofisində atəş açan Nasim Ağdam İran əsilli azərbaycanlıdır


Şübhəli şəxs kimdir?

ABŞ mətbuatı yazır ki, şübhəli şəxs İran əsilli Kaliforniya sakini 39 yaşlı Nasim Aghdam olub.

O, YouTube-da yaydığı videolarında platformanın onun paylaşımlarına qarşı diskriminasiya və filtrasiya siyasətini pisləyib.

YouTube atışmadan sonra onun hesabını bağlayıb. Şübhəlinin İnstagram və Facebook hesabları da bağlanıb.

"YouTube-da və digər video paylaşma saytlarında bərabər inkişaf imkanları yoxdur. Sənin kanalın ancaq onlar istəyəndə böyüyəcək!", Nasim Aghdam öz saytında yazıb.

YouTube sözçüsü Chris Dale bütün YouTube icmasının və işçilərinin bu cinayətin qurbanı olduğunu deyib.

YouTube-un ofisində atəş açan Nasim Ağdam İran əsilli azərbaycanlıdır


***09:58

ABŞ-ın Kaliforniya ştatında “YouTube” videoportalının baş ofisində silahlı insident baş verib

Virtualaz.org ABC telekanalına istinadən bildirir ki, insident terrorçuluqla bağlı deyil, münaqişə zəminində baş verib. Hadisəni qadın törədib.

Hadisə yerinə xeyli sayda polis və təcili tibbi yardım əməkdaşları göndərilib, şirkətin əməkdaşları binadan təxliyə edilib.

İnsident nəticəsində 3 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti kritikdir. Atəş açan qadının intihar etdiyi bildirilir.

Qeyd edək ki, portalın baş ofisində 1700 nəfərə yaxın insan çalışır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *