“Bizi heç kəsin qarşısında yazıq kimi qələmə verməyin” – TAHİR ƏKBƏRİN XANIMINDAN ETİRAZ
“Çox sağ olsunlar, ailəmizi diqqətində saxlayanlar da, saxlamayanlar da…Ancaq Sizdən xahiş edirəm əziz sənət adamları, evimizə başsağlığına gəlib-getdikdən sonra heç olmasa, ailəmizdə gördüyünüz vəziyyəti yanlış formada insanlara çatdırmayın…Biz Sənətkar ailəsiyik və yetərli qədər qohumum və ətrafımızda bizə sadiq olan dostlarımız var. Biz niyə yiyəsiz oluruq ki…”
Etikxeber.az xəbər verir ki, bunu tanınmış bəstəkar, mərhum Tahir Əkbərin həyat yoldaşı Aybəniz xanım “Facebook” statusunda yazıb.
“Allaha şükür, acından ölmürük ki…
Görəsən, biz özümüzü Sizə necə göstərdik ki, ay əzizlərim, Sizin bizə yazığınız gəldi… Axı, biz heç kəsin qarşısında əl açıb özümüzü yazıq, dilənçi simasında göstərmədik…Düzdür, Tahir müəllim rəhmətə getdi və ömürlük gözümüzü yaşlı qoydu…
Amma bizi küçədə əl açıb dilənçi vəziyyətinə salmadı, axı…
Çox şükür, övladımıza ən ali universtitetlərdən birində təhsil verdi…
Əlbəttə ki, Tahir müəllim sənətkar idi, biznesmen deyildi…və təbii ki, onun müalicələri üçün bir daha sağ olsunlar kömək edənlər…
Başda Mehriban xanım olmaqla, onlar bizə yaxından dəstək oldular…
Amma biz heç kəsin qarşısında bir qarın çörəyə görə nə ağlamışıq, nə də ki, aglamaq fikrimiz var…
Çox şükür Allaha, övladımızə böyütmüşük və özü- özünü saxlamaq iqtidarındadır…
Xahiş edirəm bizi heç kəsin qarşısında yazıq bir ailə kimi qələmə verməsinlər”-deyə, o, sonra yazıb.
Mənbə:> Etikxeber.az