Aprel şəhidinin atası diqqətsizlikdən şikayətlənir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Aprel şəhidinin atası diqqətsizlikdən şikayətlənir ICRA HAKIMIYYƏTİ AİLƏYƏ EDİLƏN YARDIMLARI AÇIQLAYIR

Aprel şəhidinin atası diqqətsizlikdən şikayətlənir

Bu gün Azərbaycan ordusunun Qarabağda keçirdiyi uğurlu əks-hücum əməliyyatlarının iki ili tamam olur. 2016-cı il aprelin 2-nə keçən gecə başlayan döyüşlərdə ordumuz iki istiqamətdən düşmənin müdafiə xəttini darmadağın etdi, əlverişli mövqelər tutaraq minlərlə hektar ərazini işğaldan azad etdi. Bu döyüşlərdə ordumuz itkilər də verdi. Və döyüşlərinin 2 ilinin tamam olduğu bir vaxtda aprel şəhidlərindən birinin ailəsi yerli İcra Hakimiyyətini laqeydlikdə, şəhid ailəsinə yetərli yardım, diqqət göstərməməkdə və şəhidin adını əbədiləşdirməməkdə qınayır.

Belə ki, Zərdabın Böyükdəkkə kənd sakini, aprel şəhidi Nurlan Abdullayevin atası Rasim Abdullayev rayon icra hakimiyyətinə qarşı ittihamlar irəli sürərək yaşadığı evin təmirsiz olduğunu, şəhid ailəsinin diqqətdən kənarda qaldığını bildirib. Şəhid atası oğlunun adının təhsil aldığı İsaqbağı kənd tam orta məktəbinə verilməsi üçün etdiyi müraciətlərə baxılmamasından da şikayətçidir.

Aprel şəhidinin atası diqqətsizlikdən şikayətlənir


Zərdab Rayon İcra Hakimiyyəti Rasim Abdullayevin şikayətlərinə cavab verib. İcra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ramo Hacıyev virtualaz.org saytına deyib ki, Rasim Abdullayevin şikayətlərindən xəbərdardılar.

“Şəhid atasının tələblərindən biri məktəbə Nurlanın adının verilməsidir. Məktəbə şəhidin adının verilməsi Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na uyğun həyata keçirilir. Bu, icra hakimiyyətinin deyil, Təhsil Nazirliyinin səlahiyyətindədir”,-Hacıyev söyləyib.

Şöbə müdiri onu da qeyd edib ki, ailəyə dəfələrlə maddi yardım edilib. Ailənin istəyi ilə şəhidin dayısı, 1-ci qrup Qarabağ müharibəsi əlili Qaroğlan Mustafayevə ev tikilir. Atanın müraciəti ilə qızı Nurlana Abdullayeva rayon mərkəzi xəstəxanasında işlə təmin edilib.

Aprel şəhidinin atası diqqətsizlikdən şikayətlənir


Zərdab rayon icra hakimiyyətinin başçısı Lütfəli Babayev isə “Qafqazinfo”ya göndərdiyi geniş məzmunlu cavabında şəhid ailəsinə indiyə qədər edilən maddi yardımları sadalayıb, şəhid atasının dediklərini “şantaj, böhtan, əsassız fikirlər” adlandırıb.

İcra başçısı bildirir ki, şəhidin dəfni, yas mərasimlərinin keçirilməsi, məzarının abadlaşdırılması xərcləri onların hesabına ödənilib. Habelə ailəyə müxtəlif təşkilatlar tərəfindən digər yardımlar da göstərilib. Belə ki, Heydər Əliyev Fondu tərəfindən şəhidin ailəsinə 10 min, Müdafiə Nazirliyi və şəhidin xidmət etdiyi hərbi hissə tərəfindən 2 min, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının və müxtəlif təşkilatların əmək kollektivləri tərəfindən 2 min manat dəyərində maddi köməklik göstərilib. Dövlət sığorta Şirkəti tərəfindən 11 min manat dəyərində hərbi qulluqçuların icbari sığorta məbləği ödənilib. Ədliyyə naziri tərəfindən ailəyə 300 manat dəyərində ərzaq məhsulları alınaraq verilib.

Aprel şəhidinin atası diqqətsizlikdən şikayətlənir


Şəhidin yaşadığı evə gedən 250 metr, həmin evdən qəbiristanlığa qədər olan 1100 metr yol təmir edilib.

Təhsil aldığı İsaqbağı kənd tam orta məktəbində Nurlan Abdullazadə barədə geniş məlumat guşəsi yaradılıb, mərmər lövhəyə həkk olunmuş böyük şəkli məktəbin həyətində yerləşdirilib. Rayonun məktəblərində və uşaq bağçalarında şəhidin həyatını və döyüş fəaliyyətini əks etdirən lövhələr təşkil edilib. Böyük Dəkkə kəndində yaşadığı küçəyə şəhid Nurlan Abdullazadənin adı verilib.

İcra başçısı şəhid ailəsinə edilən digər yardımlar, köməkliklər barədə də bəhs edir, ailəyə yeni mənzilin tikintisi üçün aidiyyatı orqanlara müraciət edildiyini bildirir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *