Neftçalada üzərlərinə beton plitə düşən fəhlələrdən biri ölüb, digəri isə xəsarət alıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Neftçalada üzərlərinə beton plitə düşən fəhlələrdən biri ölüb, digəri isə xəsarət alıb

Neftçalada üzərlərinə beton plitə düşən fəhlələrdən biri ölüb, digəri isə xəsarət alıb

Bu gün axşam saatlarında Neftçala şəhərindəki Y.Hacıyev küçəsindəki həyətlərin birində bədbəxt hadisə baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, qaldırıcı kran beton plitələri qaldırarkən tros qırıldığından plitə 2 nəfərin üzərinə düşüb.

Hadisə nəticəsində 57 yaşlı Neftçala rayon Qoltuq kənd sakini İlham Rza oğlu Rzayev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onunla birgə işləyən 35 yaşlı həmkənslisi Elşən Ölməz oğlu Lalayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, üzərlərinə beton plitə düşən hər iki şəxs Neftçala Suvarma Sistemləri İdarəsinin fəhlələridir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *