“Biz qayda pozmuruq, bilmirəm niyə saxlayıb, yəqin qayda pozmuşuq” – VİDEO
Yol Polisi Tovuzda reyd keçirib. “ARB 24”dəın virtualaz.org-a verilən məlumata görə, telekanalın çəkiliş qrupu da reyd yerində olub.
Təsəvvür edin ki, əziz gündə əzizlərinizin yanında olmağa tələsirsiniz, amma ani bir ehtiyatsızlıq sizi bu istəyinizdən məhrum edir. Qayda pozuntusuna görə yol polisi sizi saxlayır, protokol yazır və cərimə olunursunuz. Başqa vaxtları deyə bilmərik, amma bayram günlərində cərimələnməyin qanqaralığı bir başqadır. Üstəlik, əgər avtomobil cərimə dayanacağına aparılırsa, onda vəziyyət daha da qəlizləşir. Hər halda diqqətli olmaq qarşılığında bu qədər qurban verməyə dəyməz.
Sürücü: “Biz qayda pozmuruq. Bilmirəm niyə saxlayıb. Yəqin qayda pozmuşuq".
Sürücü: “Təhlükəsizlik kəmərindən istifadə etməmişəm. Fikirli olmuşam”.
Sürücülər unutmamamlıdır ki, istənilən qayda pozuntusu ağır yol qəzalarının baş verməsinə səbəb ola bilər. Odur ki, yollardakı təhlükəsizliyi təmin etmək ilk növbədə hərəkət iştirakçılarından xüsusilə də sürücülərdən asılıdır. Bayram günlərində yollarda nəqliyyatın hərəkətinin intensivliyini nəzərə alan yol polisi isə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Mənbə:> Virtualaz.org