Azərbaycanda yol polisi sürücünü belə aldatdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto, Video

Azərbaycanda yol polisi sürücünü belə aldatdı – VİDEO

Azərbaycanda yol polisi sürücünü belə aldatdı


Samir Mahmudov adlı şəxs yol polisinin onu aldatdığını iddia edir. Çünki polis ona elektron protokolun hazırlanacağını desə də, sonradan elektron kabinetə fərqli seriyalı protokol göndərib. Əslində qayda pozuntusu xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınırsa elektron kabinetə MMX seriyalı protokol gəlməlidir. Amma bu sürücüyə İXB seriyalı, başqa sözlə desək, əldə yazılmış protokolun elektron variantı göndərilib.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, burda İnzibati Xətalar Məcəlləsinin tələbləri kobud şəkildə pozulub. İlk növbədə, əgər qayda pozuntusu i-patrul sistemi tərəfindən qeydə alınıbsa, onda sürücü saxlanılmamalı idi. Əgər sürücü saxlanılıbsa, prosedur tam başqa cür olmalıdır. Ekspertin sözlərinə görə, elektron protokolların sürücüyə verilməməsinin ciddi fəsadları ola bilər.
Amma problemlər bununla yekunlaşmır. Sürücüdə protokollar bağlı heç bir nüsxə olmadığından sonradan şikayət verməli olsa, əlində heç bir sənəd olmayacaq. Bundan əlavə sürücünü polis aldadıbsa, sabah kim zəmanət verə bilər ki, elektron kabinetə göndərilən protokolda düzəliş edilməyəcək?


Mənbə: XəzərXəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *