Rusiyadan Azərbaycana qaçan şəxs Masallıda güllələndi
Masallı rayonunda silahlı insident baş verib, nəticədə bir nəfər ağır yaralanıb.
“Report” bildirir ki, 1953-cü il təvəllüdlü Qızlavar kənd sakini Ağayev Ağəddin Nuru oğlu güllə yarası ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Cərrahi əməliyyat zamanı onun bədənindən dörd güllə çıxarılıb.
Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir.
Qeyd olunur ki, zərərçəkmiş Rusiyada müəyyən şəxslərlə ədavətdə olub və bu səbəbdən Azərbaycana qaçıb. Lakin sözügedən şəxslər onu təqib edərək Masallıda güllələyiblər.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Report