“Uber” sürücüsüz avtomobil testlərini dayandırdı
“Uber”in ABŞ-ın Arizona ştatında sınaqlarını keçirdiyi sürücüsüz avtomobilin bir piyadanı vurduğu və qəza nəticəsində bir qadının öldüyü açıqlanıb.
Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir ki, Tempe şəhərində baş verən hadisədə, piyada keçidi kənarında getməkdə olan qadını Volvo markalı “Uber” avtomobili vurub.
“Uber” hadisədən sonra San Fransisko, Toronto və Pittsburq başda olmaqla, bütün sürücüsüz avtomobil testlərinin dayandırıldığını da açıqlayıb.
Qəzaya səbəb olan “Uber” avtomobilinin avtonom (sürücüsüz) rejimdə hərəkət etdiyi təsdiqlənib.
Qeyd edək ki, “Uber”in sürücüsüz avtomobili fevral ayında da bir başqa maşınla toqquşmuşdu.
Mənbə:> Oxu.Az