Bakıda sürücünü yumruqlayan qadın polisə verildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Bakıda sürücünü yumruqlayan qadın polisə verildi – VİDEO

Bakıda sürücünü yumruqlayan qadın polisə verildi

79 nömrəli marşrut xətti üzrə avtobus sürücüsünə qarşı edilən qeyri-etik davranışa görə daşıyıcı Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.

Bu barədə “Qafqazinfo”ya Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.

M.Ağayevin sözlərinə görə, sürücülərə qarşı belə hallara yol verilməsi doğru deyil: “Avtobusların təyin edilən sürət həddinə uyğun idarə edilməsi, dayanacaqdan kənar saxlama hallarına yol verilməməsi ilə bağlı tapşırıqlara maksimum dərəcədə əməl edilir. Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində xüsusi kurslardan keçən sürücülərə qarşı bəzi sərnişinlər tərəfindən belə hallara yol verilməsi doğru deyil. Sürücü vəzifə öhdəliyini yerinə yetirib. Sərnişinin bu cür hərəkəti qəbuledilməzdir və ümid edirik ki, daşıyıcının müraciəti əsasında müvafiq qurumlar tərəfindən tədbir görülməsi təmin ediləcək”.

Qeyd edək ki, bu gün səhər saatlarında Tbilisi prospekti ilə hərəkət edən 79 saylı marşrut avtobusunda iki sərnişin işıqforun qırmızı işığında dayanan sürücüdən sürməyini tələb edib. Yaşıl işığın yanmasını gözlədiyini deyən və qadının tələbi ilə razılaşmayan sürücü həmin sərnişin tərəfindən təhqirə məruz qalıb. Qadın sərnişin sürücünü yumruqla vurub. Mübahisə marşrutun son dayanacağında davam etdirilib.

Avtobusun məxsus olduğu “Xaliq Faiqoğlu” şirkəti hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ediləcəyini açıqlamışdı.

Mənbə: Qaynarinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *