MTRŞ: “Efirə hamam xalatında çıxmaq milli-mənəvi dəyərlərimizə uyğundur" » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Media

MTRŞ: “Efirə hamam xalatında çıxmaq milli-mənəvi dəyərlərimizə uyğundur" BƏS EFİRDƏ ÇİMMƏK NECƏ?

MTRŞ: “Efirə hamam xalatında çıxmaq milli-mənəvi dəyərlərimizə uyğundur"


Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV-də yayımlanan “ZAURla GÜNAYdın” verilişində aparıcı Zaur Baxşəliyevin efirə hamam xalatı ilə çıxması ilə milli-mənəvi dəyərlərimiz arasında heç bir ziddiyyət görmür. Bu barədə MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Ötən həftə həmin aparıcı efirə hamam xalatında çıxıb və bu, sosial şəbəkələrdə kəskin reaksiyalara səbəb olub, istifadəçilər Azərbaycan telekanallarının indiki biabırçı vəziyyətinə bir daha diqqəti cəlb ediblər.

Lakin MTRŞ nümayəndəsi deyib ki, sosial şəbəkələrdə müzakirələrə səbəb olmuş verilişin həmin hissəsi şoudur və burada nə qanunvericilik, nə də mənəvi dəyərlər baxımından narahatlıq yaradacaq ciddi hal yoxdur.
MTRŞ: “Efirə hamam xalatında çıxmaq milli-mənəvi dəyərlərimizə uyğundur"

Onun sözlərinə görə, Şuranın kompetensiyasına efirdə konkret qanun pozuntuları, milli-mənəvi dəyərlərə zidd hallar və ictimaiyyəti narahat edən digər davamlı ciddi neqativ tendensiyalar daxildir.

"Bu aspektdə bütün proseslər diqqətdə saxlanılır və yayımçıların efiri daimi monitorinq nəzarətindədir. Mütəmadi olaraq qeydə alınan nöqsanlar və görülən tədbirlər barədə ictimaiyyət məlumatlandırılır. Lakin bu o demək deyil ki, biz şou verilişlərdə şou naminə edilən hər bir eksperimentə dərhal sərt müdaxilə etməliyik. Bu, yayımçıları lüsumsuz gərginlikdə saxlamağa gətirib çıxara bilər. Bu mənada sosial şəbəkələrdə müzakirələrə səbəb olmuş ATV kanalının efirində “Zaurla günaydın” verilişində baş verənlər şoudur və burada nə qanunvericilik, nə də mənəvi dəyərlər baxımından narahatlıq yaradacaq ciddi hal yoxdur. Bununla belə, hesab edirəm ki, elektron media və sosial şəbəkələrin teleradio məkanında baş verənləri diqqətdə saxlaması təqdirəlayiqdir və yayımçılar fəaliyyətlərində bu faktoru mütləq nəzərə almalıdırlar”-açıqlamada bildirilir.
MTRŞ: “Efirə hamam xalatında çıxmaq milli-mənəvi dəyərlərimizə uyğundur"

Əgər efirə hamam xalatında çıxmaq milli-mənəvi dəyərlərimizin siyahısı ilə ziddiyət təşkil etmirsə o zaman efirdə çimmək necə, bu, bizim milli-mənəvi dəyərlərimizə uyğundurmu? MTRŞ görünür bu nüansı da indidən aydınlaşdırmalıdır və rəy verməlidir, çünki efirə hamam xalatı ilə çıxmağın dalınca telekanallar studiyada şəffaf duş kabinəsi quraşdırıb canlı yayımda çimmək görüntülərini də yayımlaya bilərlər. Bu da şoudur və daha çox tamaşaçı cəlb edə bilər, elə deyilmi?

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *