Bakıda bina uçdu, maşınlar dağıntı altında qaldı » AzNews.info -Xəbər portalı

Bakıda bina uçdu, maşınlar dağıntı altında qaldı – VİDEO + FOTO

Bakıda bina uçdu, maşınlar dağıntı altında qaldı

Bakının Binəqədi rayonu, 3-cü mədən küçəsi, 101 saylı binanın qarşısında yerləşən,əvvəllər Dövlət Neft Şirkətinə məxsus olmuş qəzalı yeməkxana binası uçub. Virtualaz.org-un hadisə yerində olan əməkdaşlarının verdiyi məlumata görə, uçqun bu gün saat təxminən 13:00-da baş verib.

Şahidlərin bildirdiyinə görə, hadisə baş verən vaxt yaxınlıqda uşaqlar futbol oynasalar da, vaxtında qaçıb uzaqlaşa biliblər. Xoşbətlikdən xəsarət alan olmayıb, amma uçan binanın qarşısındakı avtomobillərə ciddi ziyan dəyib.

Sakinlər deyiblər ki, qəzalı binaya bitişik evdə yaşayan bir ailə təhlükəsizlik məqsədilə bu gün ərazidən başqa yerə köçürülüb.

“Günorta qəfil gurultuya küçəyə çıxmışıq. Binanın bir tərəfi tamam dağılıb, qonşuların maşınları qalıb altında. Bu bina sovet dövründə tikilib, qəzalı vəziyyətdə idi. 50-ci illərdə Neft Şirkətinin yeməkxanası olub, amma 80-90-cı illərdən boş idi. Bura bitişik binada isə bir ailə yaşayırdı, onlara heç nə olmayıb. Düz uçan binanın qabağında uşaqlar futbol oynayırdılar, yaxşı ki, vaxtında qaçıb uzaqlaşıblar”, - deyə yaxınlıqda yaşayan Manaf İbrahimov bildirir.

Uçan binanın dağıntıları altında qalan 3 avtomobildən ikisi isə tamamilə yararsız vəziyyətə düşüb. Nisbətən kənarda qalan avtomobilə də xeyli ziyan dəyib. Ən çox ziyan çəkən avtomobilin sahibi Mahmud Həsənəliyev deyir ki, hadisə ilə bağlı məsuliyyəti heç kim öz üzərinə götürmək istəmir: “Tamam sıradan çıxan ortadakı maşın -“VAZ 2106” mənimdir. Həmişə saxladığımız yer idi, bu gün də saxlamışdım. Fövqəladə Hallar Nazirliyindən, Binəqədi Rayon İcra Hakimiyyətindən, Polis İdarəsindən gəlib maraqlanıblar, amma heç kim məsuliyyəti öz üzərinə götürmür. “Kasko” sığortam olmadığına görə, dəyən ziyanı ödəyən yoxdur. Əzilmiş “Opel”invə “BYD”nınsahibləridə buradaidilər, indigetdilər. Bizə bir söz deyən yoxdur, deyirlər sabah görüşüb aydınlaşdırarıq. Bilmirik, necə olacaq”, - deyə zərərçəkmiş bildirir.

Binəqədi rayon 4-cü polis bölməsinin əməliyyatçıları da uçqun baş verən ərazidə idilər. Lakin suallarımıza cavab verməkdən imtina etdilər.

Foto Samirə Həsənovanındır

* * *20:38

Bu gün Bakının Binəqədi rayonunda qaçqınların məskunlaşdığı deyilən və uzun müddətdir qəzalı vəziyyətdə olan bina uçub. Hadisə şahidlərinin redaksiyamıza göndərdiyi foto və videokadrlara əsasən, bir neçə avtomobil binanın dağıntıları altında qalaraq tamamilə yararsız vəziyyətə düşüb.

Bildirilir ki, Binəqədi qəsəbəsinin girəcəyində, “2-ci mədən” ərazisində yerləşən birmərtəbəli bina SOCAR-ın balansında olub və əvvəllər yeməkxana kimi istifadə edilib. Binanın yarısı uçub, hadisə zamanı xəsarət alanların olub-olmadığı hələ məlum deyil. Yaxınlıqda ötən əsrin əvvəllərində neft sənayesi üçün tikilmiş daha bir neçə belə qəzalı binanın olduğu bildirilir. Təfərrüatları çatdıracağıq.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *