Britaniya DÇ-2018-i başqa ölkədə keçirməyi təklif edir
Böyük Britaniya parlamentinin üzvü Stiven Kinnok, Rusiyanın ev sahibliyi edəcəyi futbol üzrə dünya çempionatını gələn il başqa ölkədə keçirməyi təklif edib.
Oxu.Az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.
“Hesab edirəm ki, bununla bağlı Beynəlxalq futbol federasiyasına müraciətin mümkünlüyünü nəzərdən keçirməli və çempionatın 2019-cu ilə qədər ertələnməsi ilə bağlı müzakirələr aparmalıyıq”deyə Kinnok bildirib.
Qeyd edək ki, belə bir təşəbbüs Britaniyada keçmiş rusiyalı casus Serqey Skripalın zəhərlənməsi ilə bağlı qalmaqallı cinayət işi fonunda səslənib.
Mənbə:> Oxu.Az