Ali Məhkəmə qərar verdi: Valideynləri qəzada ölən körpə babasına qaytarıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Ali Məhkəmə qərar verdi: Valideynləri qəzada ölən körpə babasına qaytarıldı

Ali Məhkəmə qərar verdi: Valideynləri qəzada ölən körpə babasına qaytarıldı

Ali Məhkəmə Sabirabad rayonu, Yenikənd kənd sakini Əsəd Ələkbərovun hər iki valideyni qəzada ölən, bir il öncə qəyyumluğa götürdüyü nəvəsinin əlindən alınması ilə bağlı ədalətsiz qərarı ləğv edib.

Bu barədə virtualaz.org-a Ə.Ələkbərovun vəkili Muxtar Mustafayev məlumat verib.

Onun sözlərinə görə, bu barədə qərar Ali Məhkəmənin 3 gün öncə keçirilən mülki kollegiya iclasında qəbul edilib.

“Ali Məhkəmə işə Ənvər Şadıyevin sədrliyi ilə keçirilən mülki kollegiya iclasında baxdı. Apellyasiya Məhkəməsinin qərarını ləğv elədi. Xalanın və bibinin iddiaları rədd edildi, uşağın babada qalması ilə bağlı yekun qərar çıxarıldı. Nəhayət ki, ədalətsizlik aradan qaldırıldı, problem həll edildi”, - deyə vəkil bildirib.

Xatırladaq ki, ötən ilin oktyabr ayında virtualaz.org Ə. Ələkbərovun nəvəsinin əlindən alınması ilə bağlı yazı dərc etmişdi. Redaksiyamıza müraciət edən baba 2016-cı ilin avqustunda oğlu və gəlininin avtomobil qəzasında dünyasını dəyişməsindən sonra Yasamal Rayon Məhkəməsinin qərarı ilə nəvəsi Yunis Əliyevi qəyyumluğa götürdüyünü bildirmişdi. Lakin sonradan uşağın xalası İradə Salahova və onun həyat yoldaşı Elgün Əliyev Y. Ələkbərovun babasından alınması üçün məhkəməyə müraciət etmişdilər. Sabirabad Rayon Məhkəməsi və Apellyasiya Məhkəməsi uşağın babadan alınması ilə bağlı qərar çıxarmışdı.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *