Polis rəisinin müavini “Xəzər” televiziyasının əməkdaşını iş başında tutdurdu – Lənkəranda ilginc hadisə » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Polis rəisinin müavini “Xəzər” televiziyasının əməkdaşını iş başında tutdurdu – Lənkəranda ilginc hadisə

Polis rəisinin müavini “Xəzər” televiziyasının əməkdaşını iş başında tutdurdu – Lənkəranda ilginc hadisə


“Xəzər” televiziyasının Cənub bölgəsi üzrə muxbiri Elvin Habil oğlu Ələkbərov Lənkəranda tutulub.
“Report”un Cənub bürosunun xəbərinə görə, E.Ələkbərovun tutulmasına Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəis müavini, Faiq İlyasov göstəriş verib.
Məlumata görə, hadisə E.Ələkbərov Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında əri tərəfindən döyüldükdən sonra ölən qadınla bağlı çəkiliş apararkən baş verib.
Qeyd edək ki, ötən gün rayonun Rvo kənd sakini 1967-ci il təvəllüdlü Qafarova Marifə Vəli qızı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin yaxınları M.Qafarovanın yıxılaraq xəsarət aldığını bildirsələr də, sonradan qadının həyat yoldaşı tərəfindən döyüldüyü məlum olub.
M.Qafarovanın yaxın qohumu bildirib ki, M.Qafarova bi həftə bundan əvvəl əri tərəfindən döyülüb: “Marifə bir həftə idi evdə ağır vəziyyətdə uzanırdı. Dünən qəfildən halı pisləşdi və xəstəxanaya gətirdik. Onu bu vəziyyətə əri salıb”.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *