Bakıda timsahlarla qan donduran şou – VİDEO
“Qızıl dördlüy”ün nümayəndələri Bakıya qonaq gəlib. Onların bizə gətirdiyi qızıldan qiymətli sovqat da var.
ANS TV-nin məlumatına görə, martın 14-dən, yəni bu gündən Bakı Dövlət Sirkində yeni proqramlı çıxışlara start veriləcək. Bununla bağlı sirkdə son məşq prosesləri keçirilib. İlk dəfə olaraq paytaxt sirkində sabah göstəriləcək nömrələrdə, böyük artist heyəti çıxış edəcək. “Qızıl dördlük” adlanan proqramda dünyanın 4 məhşur sırkinin artistləri bir-birindən maraqlı və təhlükəli nömrələr göstərəcəklər. Bakı Dövlət Sirkinin bu dəfəki qonaqları “Nikulinin Qızıl Sirki”, “Böyük Moskva Sirki”, “Çinizelli" və "Belarus Dövlət Sirki" olacaq. Proqramda atlar, dəvələr, lamalar, itlər və müxtəlif vəhşi heyvanlarla sirk ustaları tamaşaçılara maraqlı tamaşalar nümaiş etdirəcək.
Proqramın maraqlı nömrələrindən biri Kenyadan olan şən akrobatların göstərəcəkləri “pramid” şousudur.
Tutuquşunun da velosiped sürməsi, özünü qartala bənzətməsi və digər bacarıqları maraqlı nömrələrdəndir.
Bakı Dövlət Sirkinə təşrif buyuran sirk qrupları, gələn qonaqlara bir-birindən maraqlı tamaşalar göstərəcəyini bildirir.
“Bu proqramda, sizləri heyran qoyacaq çoxlu yeni maraqlı və eksklüziv nömrələr görəcəksiz. Biz dünyada ilklərdən sayılan timsahlarla olan şounu göstərəcəyik. Bu nəhəng timsahların uzunluğu 3-4 metrə çatır”, – deyə “Çinizelli” sirkinin rəhbəri Dmitriy Zelciv bildirib.
35 yaşlı timsah Martanın şousu da damarlarda qan donduran nömrələrdəndir.
Müxtəlif effektlərlə göztəriləcək lazer şousu isə proqrama ayrı bir gözəllik qatır.
Bakı Dövlət Sirkində təqdim olunan nömrələrdən biri də motoşoudur. Dəmir şarın içində kaskadyorlar təhlükəli fəndlər edəcək.
Kaskadyorlar bu şounun dünyada ən təhlükəli nəmrələrdən biri hesab edir.
Kaskadyor Aleksandr Loginov düşünür ki, bu yüz faiz təhlükəlidir: “Hər şey baş verə bilər. Oradan düşmək, mühərrikin sönməsi, təkərin deşilməsi, zəncirin qırılması, bir sözlə hər şey baş verə bilər”.
Qiymətlərə gəlincə isə sirkdən verilən məlumata görə, heç bir dəyişiklik olmayacaq. Əvvəlki illərdə olduğu kimi biletlərin dəyəri sabit olacaq.
“Biletlərin qiyməti bir neçə ildir ki, sabitdir. Sırasından aslı olaraq qiymətlər 8 - 15 manat arasında dəyişir. Hər gün 1- 2 və 3 seans olmaqla bayram günlərində və tətillərdə tamaşalar davam edəcək”, – deyə sirkin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov qeyd edib.
40 yaxın artist heyətinin çıxış edəcəyi proqram, mart ayının sonuna kimi öz çıxışlarını davam etdirəcək. Hər proqram isə iki saat yarım davam edəcək.
Mənbə:> ANSPRESS