25 yaşlı müstəntiq küçədə gedərkən yıxıldı və... öldü
Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
25 yaşlı Mirzəli Cavid Ədalət oğlu ilkin məlumata görə, küçə ilə hərəkət edərkən yıxılıb. Nəticədə, onun başı səki daşına dəyib və o, vəfat edib.
Mərhum doğulduğu Biləsuvar rayonunun Çaylı kəndində dəfn edilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, C.Mirzəli Polis Akademiyasını qırmızı diplomla bitirərək, baş leytenant rütbəsi alıb.
Mənbə:> Report