Dollar kreditləri ilə bağlı güzəştə dair xəbərə rəsmi cavab gəldi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Dollar kreditləri ilə bağlı güzəştə dair xəbərə rəsmi cavab gəldi

Dollar kreditləri ilə bağlı güzəştə dair xəbərə rəsmi cavab gəldi

Bu gün bəzi yerli mətbuat orqanlarında yaxın günlərdə dollarla olan kreditlərlə bağlı sərəncam imzalanacağı barədə xəbərlər yayılıb. Verilən məlumatlara görə, güzəşt 10000 dollara qədər olan problemli kreditlərə şamil ounacaq.
Belə ki, problemli kreditlərin 10 minə qədər olan hissəsinin 1.05 AZN-lə qaytarılması əksini tapacaq.

Dollar kreditləri ilə bağlı güzəştə dair xəbərə rəsmi cavab gəldi
Vahid Əhmədov

Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovdan aldığımız məlumata görə, hələ ki, belə bir sərəncamın hazırlanması barədə məlumat yoxdur. Deputat onu da bildirib ki, dövlət başçısı hər zaman bu kimi məslələri diqqət mərkəzində saxlayır və humanist təklifləri nəzərə alır. ” Son günlər atılan addımlar onu göstərir ki, belə bir tədbirin alınması reallığa daha uyğundur. Prezidentimiz çox humanist insandır. Biz deputat Əli Mənsimli ilə belə bir təklif irəli sürmüşük. Sığorta və amnistiya ilə bağlı qərarı Milli Məclisdə müzakirə olunur. Bu barədə söhbət gəzir və dözlənilir.

İqtisadçı ekspert Natiq Cəfərli isə Bizim Yol-a bildirib ki, belə bir addım seçki öncəsi təbliğatda müsbət addım olardı: “Lakin belə bir addım prezident seçkilərindən sonra da atıla bilər.Problemli kreditlərlə bağlı məsələ həll olunmalıdır bunun başqa yolu yoxdur, banklar yüzlərlə vətəndaşı məhkəməyə verir. Bu işləri həll etmək artıq məhkəmələrin gücündən belə kənarda qalacaq. Hazırda məhkəmə yükünün 70 faizi bank məsələlərinə həll olunub.

Dollar kreditləri ilə bağlı güzəştə dair xəbərə rəsmi cavab gəldi
Natiq Cəfərli
Belə bir sərəncam gözlənilir amma hansı formulla həll olunacaq bunu demək çətindir.. Əgər problemli kreditlərlə bağlı bir qərar verilərsə buna yəqin ki dövlət büdcəsindən maliyyə ayrılacaq ki, banklara dəstək olsun. Çünki banklar əldə etməli olduğqları gəlirləri hardansa kompensasiya etməli olacaqlar, bunu isə dövlətdən başqa kim edə bilər?

Çox güman ki, hardan yeni maliyyə mənbələrinin ayrılması məsələlərinə baxılmaldıır, bu Prezidentin Ehtiyat Fondu da ola bilər, Neft Fondu da ola bilər. Amma bu məsələ gec- tez həll olunmalıdır. Ola bilər dövlət faiz dərəcələrinin bir hissəsini öz üzərinə götürsün. Ola bilər banklara kompensasiya versin və ya banklar borcların bir hissəsini silsin, bunun əvəzində dövlət bankların öhdəliklərini azaltsın. Hələlik bu ehtimaldır, lakin reallaşmasını hər kəsin çox böyük ümidlə gözlədiyi ehtimaldır”

Mənbə: Bizimyol.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *