Azərbaycanda qadın dəbdəbəsindən doğan ölüm » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Dəb, Video

Azərbaycanda qadın dəbdəbəsindən doğan ölüm – VİDEO

Azərbaycanda qadın dəbdəbəsindən doğan ölüm


Bu videoya baxandan sonra xəz dəridən olan bahalı paltarları ilə öyünənlər, bəlkə də düşünərlər. Bu geyimdə imtina edərlər. Onların gözəl görünməyi bir canlının vəhşicəsinə ölümü hesabına başa gəlir.

Xəz dəridən olan paltarlar dünyada elita və dəbdəbə etalonu sayılır. Kübar məclislərə qatılan xanımlar geydikləri xəz paltarların bahalığı ilə öz aralarında rəqabət aparırlar. "Kim daha bahalı xəz geyindi?", "Mənim xəzim filankəsdə olandan ucuzdur, gərək yenisini alım", - deyə düşünərkən, yeni xəz paltar almaq qərarına gələrkən daha bir neçə canlının qətlinə fərman vermiş olurlar. Vəhşiliyin və zalımlığın baş alıb yürüməsinə daha çox zəmin yaradırlar. Həmin paltarın ortaya çıxması üçün bir və ya bir neçə canlının necə istirablar içində can verdiyi heç ağıllarının ucundan belə keçmir.

Milli.Az xəbər verir ki, son dövrlər Azərbaycanda da xəz paltarlar dəbə minməkdədir. Ölkənin bütün reklam vasitələrində müxtəlif şirkətlərin istehsalı olan xəzlər reklam olunur. İnanılmaz endirimlər, kreditlə almaq imkanları, cazibədar müğənnilərin, sənət adamlarının belə reklamlara cəlb edilməsi Azərbaycan qadınında da xəz dəri geyinmək istəyi yaradır. Xanımlarımız da reklamların təsiri altında pul toplayıb belə paltarlar geyməyə çalışırlar.

Aşağıdakı video görüntülər, bəlkə də, xəz almaq iddiasına düşən insanları fikirlərindən daşındırar. Bu cür vəhşilikləri gördükdən sonra xəz paltara minlərlə manat pul ödəmək insanlarımızın öz vicdanlarına qalır.


Mənbə: Milli.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *