Elza Seyidcahanın bacısı: "Elzanın paltarlarını çölə atıram" » AzNews.info -Xəbər portalı

Elza Seyidcahanın bacısı: "Elzanın paltarlarını çölə atıram" – EKSKLUZİV MÜSAHİBƏ

Elza Seyidcahanın bacısı: "Elzanın paltarlarını çölə atıram"


Elza Seyidcahanın böyük bacısı, Lalə Abdullayeva AzNews.info-ya bacısı haqqında bir sıra faktlar açıqlayıb.

Lalə Abdullayeva Elza Seyidcahanın böyük bacısı olmaqla yanaşı, həm də, müğənninin bir sıra ekstravaqant geyimlərinin dizayneri olub. Müğənninin gündəmə səs salan dəmir, kağız və xəmirdən olan geyimlərinin hər birini Lalə Abdullayeva böyük zəhməti bahasına ərsəyə gətirdiyini bildirib:

- Ümumiyyətlə, biz bacılar, hər birimiz yaradıcı insanıq. Hər birimizə Allah bir cür vergi verib. Mən də, özümü bu sahədə tapmışam. Lakin Elza xanımdan başqa biri üçün paltar hazırlamamışam.

- Dəmirdən, xəmirdən və kağızdan paltarlar hazırlayıb, qeyri-adi layihələrə imza atmısınız. Bu tip paltarlar hazırlamaqda məqsədiniz nədir?

- Bilirsiniz, bir çox insanlar kasıbçılıqdan şikayət edir. Mən amma kağızdan da qeyri-adi bir paltar hazırlamaqla insanlara göstərmək istəyirəm ki, hər şey maddiyatla bağlı deyil. Pul önəmli deyil. İstənilən şeydən gözəl libas hazırlamaq mümkündür.

- Bu qeyri-adi libasların taleyi necə olub?

- Elza xanım 1 paltarı demək olar, ikinci dəfə geyinmir. Mən də, Masazırda bir dağ tapmışam. Konsertlərdən, tədbirlərdən sonra, o dağa çıxıram və paltarları küləyə həvalə edirəm. Onların taleyinə külək qərar verir.

- Yaxşı olmazdımı ki, Elza xanım və ya siz bu paltarlardan ibarət hər-hansı bir sərgi falan açardınız?

- Əslində çox gözəl olardı. Amma hələki bu barədə düşünməmişəm.

- Öz moda evinizi açmaq haqqında necə, düşünürsünüzmü?

- Xeyr, mən 1 geyimi, 1 ayaqqabını yalnız 1 dəfə hazırlaya bilirəm. Vergi gələndə. İkinci dəfə eyni şeyi istəsəm də, hazırlaya bilmirəm. Hazırlıq prosesində də, sanki başqa dünyada oluram. Heç kim gərək mənə yaxınlaşmasın. Kimsə, nəsə söz desə, söz soruşsa, işimi yenidən görmək məcburiyyətində qalıram. Bəlkə, hansısa bir proffesional dərzi ilə birgə çalışsam, mənim ideyalarım əsasında o, geyimlərin lekalını çıxardar və beləcə yeni layihələrə imza ata bilərik.

- Bəs, sizin bu qeyri-adi geyimlərinizə mənfi reaksiya verənlər varmı?

-Bəli, çox hücumlar olur. Hətta, Elzayla aramı vurmaq istəyənlər də, çox olur. Bir dəfə, Elza xanım həmin şəxslərin təkidi ilə, bahalı, daşlı-qaşlı bir geyim almışdı. Qiyməti təxminən 5000 manat. Mənə göstərdi, fikrimi bilmək istədi. Bunun sadəcə bahalı bir geyim olduğunu dedim. Bilirsiniz, bir geyim bahalı ola bilər, amma bu efirdən elə görsənməyəcək. Efirə tamaşaçını düşündürəcək qeyri-adi geyimlər lazımdır.

- Elza xanımla yeni bir layihəniz varmı?

- Düzü, artıq bir müddətdir Elza xanımla işləmirəm. Bir az fasilə vermişik. Lakin, çox maraqlı bir layihəm var. Alınsa, çox möhtəşəm bir iş olacaq.

- Hal-hazırda nə işlə məşğulsunuz?

- Hazırda məktəbəqədər təhsil müəssisəsində çalışıram. Özümü bu işə vermişəm. Amma, dizaynerliyimdən də qalmıram. Çalışdığım yerdə bütün tədbirlərin hazırlıq işlərini, dekorasiyalarını mən edirəm. Çünki, bununla nəfəs alıram.

- Təşəkkürlər, Lalə xanım, işlərinizdə uğurlar.

- Siz sağolun.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *