Elmar Huseynovun qətlindən 13 il ötür
Bu gün "Monitor" jurnalının baş redaktoru Elmar Huseynovun qətlə yetirildiyi gündən 13 il keçir. Jurnalist 2 mart 2005-ci il-də şəxsi evinin blokunda güllələnmişdi. Qatil Elmar Huseynova yeddi güllə sıxmışdı.
Onun qətlinin icraçıları və sifarişçiləri indiyə qədər tapılmayıb. Rəsmi versiyada deyilir ki, qatillər Azərbaycan mənşəli Gürcüstan vətəndaşlarıdır. Ancaq onlar saxlanılmayıblar.
Elmar Huseynov 1967-ci il iyulun 17-də Bakıda doğulmuşdu. Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirmiş, bir müddət öz ixtisası üzrə işləmişdi.
O, jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlmişdi. Bir neçə rusdilli media quruluşunda çalışan jurnalist daha sonra “Monitor” jurnalını təsis etmişdi.
Məşhur jurnalist, həmçinin “Bakı bulvarı" və "Bakı xəbərləri" qəzetlərin təsisçisi idi.
Mənbə:> Virtualaz.org