Bakı aeroportunda İsrail vətəndaşı olan qadın saxlanıldı
Bakı aeroportunda polis İsrail vətəndaşı olan xanımı çantasında bir neçə döyüş patronu aşkar edildiyinə görə saxlayıb.
Virtualaz.org bildirir ki, bu barədə newsru.co.il xəbər yayıb.
Qadının sözlərinə görə, o, səfərə çıxarkən təsadüfən özü ilə İsrail Silahlı Qüvvələrində xidmət keçən qızına məxsus çantanı götürüb. Ola bilər ki, qız patronları çantada unudub.
Məlumatda həmçinin bildirilir ki, İsrailin Bakıdakı konsulu Lilah Atias insidenti yoluna qoymaq üçün aeroporta gəlib. Ancaq Bakıda araşdırmanın sonuna qədər israilli xanımın saxlanılmasında israr edirlər.
Mənbə:> newsru.co.il