İsraildən Özbəkistana bütün aviabiletlər cəmi iki günə satılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

İsraildən Özbəkistana bütün aviabiletlər cəmi iki günə satılıb

İsraildən Özbəkistana bütün aviabiletlər cəmi iki günə satılıb

İsrail vətəndaşları üçün vizasız rejim qüvvəyə mindikdən sonra bu ölkədən Özbəkistana iyun ayına qədər olan bütün biletlər iki gün ərzində satılıb.

“İnterfaks” xəbər verir ki, bu barədə məlumat Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə keçirilən iclasda səsləndirilib.

2018-ci il fevralın 10-dan başlayaraq İsrail, İndoneziya, Koreya, Malayziya, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları Özbəkistana 30 gün müddətinə vizasız səfər edə biləcək. Bundan başqa, 39 ölkə vətəndaşları üçün də viza verilməsi qaydası sadələşdirilib. Bu il iyulun 1-dən ölkədə elektron vizaların tətbiqinə başlanacaq. Bununla bağlı vətəndaşlarına vizasız rejimin şamil edildiyi ölkələrdən reyslərin sayı artırılacaq. Daşkənddən əlavə, Buxara, Səmərqənd, Urqanç, Nəvai və Qarşi şəhərlərindən də xarici ölkələrə birbaşa reyslər həyata keçiriləcək.

İclasda qeyd olunub ki, ötən il Özbəkistana 2,7 milyon nəfərə yaxın turist gəlib. İsrail vətəndaşları arasında bu ölkədən getmiş 100 mindən çox insan var.

Mənbə: İnferfaks
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *