Malayziya Şimali Koreya ilə vizasız rejimi ləğv etdi
Malayziya hakimiyyəti Şimali Koreya ilə vizasız rejimi ləğv etmək qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini Əhməd Zahid Həmidiyə istinadən “Bernama” agentliyi məlumat yayıb.
Həmidinin sözlərinə görə, müvafiq tədbir təhlükəsizlik üçün həyata keçirilib. Şimali Koreya vətəndaşları üçün viza rejimi martın 6-dan etibarən qüvvədə olacaq.
Kim Çen Nam fevralın 13-də Kuala-Lumpur aeroportunda VX maddəsi ilə zəhərlənərək ölüb. Cənubi Koreya və Malayziya hökuməti qətldə Şimali Koreya cəsuslarının iştirak etdiyini ehtimal edirlər.
Malayziyada qətlə aidiyyəti olmaqda şübhəli bilinən iki nəfərə qarşı artıq ittiham irəli sürülüb.
Mənbə:> Oxu.Az