Əli Kərimli 9 yaşlı Fatiməni Fransa küçələrində donmağa göndərdi
Bu günlərdə virtualaz.org saytı Fransanın Laval şəhərində qışın soyuğunda küçələrdə gecələməli olan 9 yaşlı azərbaycanlı qız – Fatimə haqda yazmışdı.
Taleyin hökmü ilə qürbətə düşən bu azyaşlı azərbaycanlı qızcığazın həyat tarixçəsi geniş ictimai rezonans doğurub. Fransız jurnalistlərə açıqlamasında Fatimə yalnız bircə arzusunu dilə gətirib – daimi evə malik olmaq.
Virtualaz.org saytına məlum olub ki, Fatimənin ailəsi Azərbaycanı həqiqətən də üç il öncə tərk edib. Üstəlik, onlar Fransaya köçməzdən öncə lazım olan sənədləri Azərbaycan Xalq Cəbhəsi və Yeni Musavat partiyalarından alıblar. Salyan rayon sakinləri bu yolla gələcəkdə Fransadan siyasi mühacir status almağı planlaşdırıblar.
Bununla belə, öz həyat hekayəsində Fatimənin hər gecə yatmaq üçün ayrı yer tapmağa məcbur olduqları ilə bağlı dedikləri həqiqəti əks etdirmir. Fatimənin ailəsi son vaxtlara qədər qaçqınlar üçün nəzərdə tutulan düşərgədə məskunlaşıb.
Lakin indi bir çox qaçqınlar ayrıca yaşayış evi almaq məqsədilə düşərgəni tərk edib, küçələrdə qalırlar. Fatimənin ailəsi də belə ailələrdən biridir.
Mənbə:> Virtualaz.org