Moskvada donan üç yaşlı Zəhrada qançır izləri aşkarlanmayıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Moskvada donan üç yaşlı Zəhrada qançır izləri aşkarlanmayıb

Moskvada donan üç yaşlı Zəhrada qançır izləri aşkarlanmayıb


Yeni Moskvada müstəntiqlər gəzinti zamanı tərbiyəçi tərəfindən döyülmüş üç yaşlı Zəhra Rzayevanın ölüm hallarını araşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə “Komsomolskaya pravda” məlumat yayıb.

İnsident Rusiya paytaxtı yaxınlığında yerləşən Yeni Moskvanın 2120 nömrəli məktəbinə aid uşaq bağçasında baş verib.

Rusiya KİV-də bundan əvvəl yayılan xəbərlərə görə, tərbiyəçi uşaqları səhər gəzintisinə çıxarıb, yarım saatdan sonra səhər yeməyinə yollanan zaman guya uşağı küçədə unudub. Yalnız iki saatdan sonra uşağın ərazidə olmadığının fərqinə varıb. Azyaşlı qız qar komasında aşkarlanıb.

Müstəntiqlər bu versiyanı təkzib edir. Qadının iki saat keçdikdən sonra aşkarlanması ilə bağlı dedikləri həqiqəti əks etdirmir. Çünki uşağın həmyaşıdları arasında olmadığını dərhal görüblər.

İlkin məlumatlara görə, tərbiyəçi və dayə kiçik uşaq dəstəsi ilə gəzintidən qayıdan zaman qızın olmadığının fərqinə varıblar. Gəzinti yerinə qayıdan tərbiyəçilər 2014-cü il təvəllüdlü qızın qarın üzərində huşsuz vəziyyətdə uzandığını görüblər.

Təcili tibbi yardım çağırsalar da, tibb işçiləri uşağın həyatını xilas edə bilməyib. Ehtimal olunur ki, gəzinti zamanı uşağın halı pisləşib. O yıxılıb. Ancaq uşaqlara nəzarət edən böyüklər bunun fərqinə varmayıb. Hər halda uşaq bağçasının aid olduğu 2120 saylı məktəbin irəli sürdüyü versiya belədir.

“Bədbəxt hadisənin səbəbləri diqqətli şəkildə araşdırılır”, - deyə məktəbin saytında bildirilir.

“Hələlik ölümün səbəbi müəyyən edilməyib. Məktəbəqədər qruplar ştat rejimində işləyir, uşaqlar qonşu qruplara köçürülüb. Uşağın qohumları və yaxınlarına başsağlığı veririk. Bu, bizim məktəb üçün böyük faciədir.”

Müstəntiqlər ölən qızın atasını dindirib. Səlim Rəhimov (ad və soyadı şərtidir - red.) azərbaycanlıdır. Moskvada artıq bir neçə ildir ki, yaşayır, meyvə-tərəvəz satışı ilə məşğul olur. Üç yaşlı Zəhradan başqa üç uşağı var.

Mənbənin sözlərinə görə, o, İstintaq Komitəsinin əməkdaşlarına verdiyi açıqlamada, bir neçə gün əvvəl uşağın bədənində qançırlar aşkarladıqlarını söyləyib. Qız özü yıxıldığını deyib. Ancaq uşağın valideynləri buna şübhə edir:

“Bəlkə, onu bağçada kimsə döyüb?”

“Uşağın bədənində heç bir qançır izləri olmayıb, onu təcili tibbi yardımın həkimləri gözümün qabağında aparıb. Heç bir bədən xəsarəti olmayıb”, - deyə 2120 saylı məktəbin direktoru “Komsomolskaya Pravda” müxbirinə verdiyi açıqlamada bildirib.

İstintaq komitəsi ilkin baxış zamanı fiziki zorakılıq və ya hər hansı xəsarət izlərinin olmadığını qeyd edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *