Rüfət Elçiyev: Həbsdən çıxan qadınlara dəstək üçün yeni layihə hazırlanır » AzNews.info -Xəbər portalı

Rüfət Elçiyev: Həbsdən çıxan qadınlara dəstək üçün yeni layihə hazırlanır – FOTO

Rüfət Elçiyev: Həbsdən çıxan qadınlara dəstək üçün yeni layihə hazırlanır


Əgər həbsdən azad olan qadınlar dekorativ tətbiqi xalq sənəti əşyalarının istehsalı ilə məşğul olarsa, biz satışına dəstək ola bilərik. Çünki elə insanlar iş tapmaqda müəyyən çətinliklərlə üzləşirlər.

Oxu.Az-ın məlumatına görə, bunu fevralın 16-da Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “ASAN xidmət” və “ABAD”a dəstək layihəsinin nəticələrinin təqdimatı ilə bağlı tədbirdə ABAD-ın direktoru Rüfət Elçiyev deyib.

Rüfət Elçiyev bildirib ki, bu layihə məhbus həyatı yaşamış qadınların reabilitasiyası, həyata qayıtması üçündür.

“ABAD”ın yaradılması tarixi, məqsədləri və fəaliyyət istiqamətləri barədə qonaqlara məlumat verən qurumun direktoru Rüfət Elçiyev qeyd edib ki, ötən dövr ərzində “ABAD”-ın fəaliyyətinin həyata keçirilməsi istiqamətində zəruri tədbirlər görülüb, ailə təsərrüfatlarının, bizneslərinin yaradılması və inkişaf etdirilməsi istiqamətində dəstək mexanizmləri formalaşdırılıb.

O əlavə edib ki, yaxın müddətdə satış kanallarının artırılması, yeni “ABAD” mərkəzlərinin açılması, kiçik və orta sahibkarlığın inkişafı üçün zəruri tədbirlərin təşkili nəzərdə tutulur.

Tədbirdə çıxış edən Azərbaycan Republikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi və siyasi islahatların mühüm tərkib hissəsi kimi “ASAN xidmət”-in və “ABAD”ın yaradılmasını iştirakçıların diqqətinə çatdırıb.

O vurğulayıb ki, müvafiq layihə çərçivəsində “ABAD”-ın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində kifayət qədər işlər həyata keçirilib.

Dövlət Agentliyinin sədri dəstəyə görə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə, ekspertlərə təşəkkürünü bildirib və innovativ fəaliyyətin təmin edilməsində maraqlı tərəfdaşlığa hazır olduqlarını qeyd edib.

Rüfət Elçiyev: Həbsdən çıxan qadınlara dəstək üçün yeni layihə hazırlanır
Rüfət Elçiyev: Həbsdən çıxan qadınlara dəstək üçün yeni layihə hazırlanır
Rüfət Elçiyev: Həbsdən çıxan qadınlara dəstək üçün yeni layihə hazırlanır
Rüfət Elçiyev: Həbsdən çıxan qadınlara dəstək üçün yeni layihə hazırlanır
Rüfət Elçiyev: Həbsdən çıxan qadınlara dəstək üçün yeni layihə hazırlanır
Rüfət Elçiyev: Həbsdən çıxan qadınlara dəstək üçün yeni layihə hazırlanır

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *