Təklif: Şəhid Mübarizin ad günü "Mübarizlik" günü kimi qeyd edilsin
Şəhid Mübarizin doğum gününün əlamətdar gün kimi tarixin yaddaşına köçməsi zənnimcə çox mühüm bir məsələdir
Xəbər verdiyimiz kimi bu gün Şəhid Mübariz İbrahimovun doğum günüdür.
İnterAz xəbər verir ki, ilahiyyatçı Hacı Samir Əzizov İslamazeri.az-a Mübariz İbrahimovun ad gününü "Mübarizlik" günü kimi qeyd etməyi təklif edir.
Hacı Samir Əziziov bildirib: "Şəhidimiz barədə uzun-uzadı danışmaq istəmirəm, kifayət qədər cəmiyyət bu şəxsi tanıyır. Şəhidimizin tanıtdırılmasında öncül olanları, bu işi daimi şəkildə cəmiyyətin zehnində saxlayanlar dövlətçiliyimiz üçün mühüm bir addım atmış olurlar. Aprel döyüşlərində də Şəhid Mübarizin rolu əvəzsizdir, xalq olaraq MÜBARİZLƏŞDİK, deyərdim. Təklif olaraq çıxış edib demək istəyirəm ki, Şəhid Mübarizin doğum gününün əlamətdar gün kimi tarixin yaddaşına köçməsi zənnimcə çox mühüm bir məsələdir. Sosial şəbəkədə bunu sosial sorğu olaraq müzakirəyə çıxardım, bir çox versiyada cavablar gəldi. Onları bura qeyd etmək istəyirəm:
1) Samir Əzizov- Şəhidlik-Mübarizlik günü;
2) Famil Burhanoğlu- Müqəddəs Məktub günü - Məncə "Müqəddəs məktub günü" olsa daha yaxşı olar. Deyəsən dünyada belə bir gün yoxdur. Ancaq "Məktub günü" fonunda şəhidlik, mübarizlik, igidlik, vətən sevgisi kimi prinsiplər təbliğ edilsin. Hamı bir-birinə bu mövzuda məktublar yazsın və sair. Təklif gözəl təklifdir, ad məsələsi üzərində işləsək lazımdır.
3) Rəşad Ataşov - Məncə adını vətəpərvərlik günü qoysaq daha uyğun olar. Mən təqdir edirəm.
4) Ceyhun Həziyev - Məncə şəhidlik günü kimi qeyd olunsa, bu ümumi bir ad olacaq, digər günlərdə də şəhidlərin doğum günləri var, vətənpərvərlik günü kimi də yenə ümumi fikir daşıdığı üçün digərlərinə də aidiyyatı var. Ama "Mubarizlik Günü" kimi qeyd olunsa məncə bu ad hər iki mənanı daşıyacaq və bir başa Mubarizi xatırladacaq. Bunu ictimaiyyət qarşısına çıxarmaq istəyimiz budur ki, istənilən ad kimi qəbul edilirsə edilsin amma bu gün xalqımızın xidmətində olsun.
Yeni təklif: Şəhid Mübarizin ad günü "Mübarizlik" günü kimi qeyd edilsin"
Mənbə:> İnterAz