Şəhidlər Xiyabanında gizli kameralar quraşdırıldı
Daxili İşlər Nazirliyinin Şəhidlər Xiyabanına müşahidə kameraları quraşdırması xəbərinin ardınca müxbirlərimiz xiyabana gedib, yerində maraqlanmaq istəyiblər.
ANS TV-nin məlumatına görə, amma kameraları görmək mümkün olmayıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə deyib ki, həmin kameralar məxfi kameralardır və onların yerini göstərə bilmərik.
Kameralar avqustun 21-dən 22-nə keçən gecə İlham və Fərizənin qəbri üstündə edilən təhqiredici hərəkətin təkrar edilməməsi, eləcə də qeyd olunan əraziyə mütəmadi nəzarətin həyata keçirilməsi məqsədilə quraşdırılıb.
Faktla bağlı Bakı Şəhər Prokurorluğunda artıq Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi başlanıb.
Mənbə:> ANSPRESS