Qazaxıstanda güclü zəlzələ baş verib
Qazaxıstanın Almaatı şəhərindən 55 km şərqdə 5.1 maqnitudalı zəlzələ baş verib.
Bu barədə respublikanın Təhsil Nazirliyinin Elm Komitəsinin Seysmoloji elmi-təcrübi ekspedisiya xidmətinin məlumatında bildirilir.
"Zəlzələnin episentri Qazaxıstan ərazisində, Almaatıdan 55 km məsafədə yerləşib. Maqnituda 5,1 olub", - deyə xidmətin məlumatında qeyd edilib.
Bildirilir ki, yeraltı təkanların ocağı 5 km dərinlikdə olub.
Mənbə:> Virtualaz.org