Ronaldunun adı indi də onunla hallanır
4 uşaq atası futbolçu Kriştianu Ronaldu haqda yeni xəbər yayılıb.
Ronaldu evlənməyə hazırlaşdığı Corcina Rodrigezə Rayan Sadjen adlı modellə xəyanət etmək istəyib.
Belə ki, 2003-cü ildən tanış olub dostlaşan Rayan və Kriştianunun uzun müddətdir əlaqəsi olmasa da, futbolçu bu yaxınlarda yenidən modelə mesaj yazmağa başlayıb.
Əvvəlcə dostcasına ismarıclar göndərən Ronaldu sonradan çərçivədən kənara çıxıb. Bunu görən Rayan bir neçə dəfə ona nişanlı olduğunu xatırlatsa da, lakin Kriştianu buna əhəmiyyət verməyib.
Sonradan söhbətə modein nişanlısı Oliver Mellor qarışıb və o, Ronaldudan Sadjendən uzaq durmağı tələb edib.
Qeyd edək ki, idmançının yayda nikah masasına oturmağa hazırlaşdığı sevgilisi Corcina Rodrigezdən bir qızı var. Bundan başqa, onun əkizləri və 7 yaşlı oğlu surroqat ana vasitəsilə dünyaya gəlib.
Mənbə:> Axşam.az