Bakıda zəncirvari qəza: yaralılar var » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Bakıda zəncirvari qəza: yaralılar var

Bakıda zəncirvari qəza: yaralılar var


Bakının Səbail rayonunda, Bakı-Salyan yolunun Şıxov qəsəbəsi ərazisinə düşən hissəsində zəncirvari qəza baş verib.

"Mercedes", "Hundai" və "Renault" markalı avtomobillərin toqquşması nəticəsində sonuncu maşında olan 2 nəfər xəsarət alıb.

Qəzaya yuxarı məhəllədən yola axan suyun donması səbəb olub.

Əraziyə DİN-in Çevik Polis Alayı və Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Asayiş keşikçiləri maşınların hərəkətini asanlaşdırmaq üçün yola duz səpiblər.

YPX əməkdaşlarının həmin ərazidə avtomobillərin aşağı sürətlə hərəkət etməsini tənzimləməsinə baxmayaraq, yüksək sürətlə gələn "99-LS-111" dövlət qeydiyyat nişanlı BMW markalı maşın yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *