ABŞ-da qrip epidemiyası: 37 uşaq ölüb
ABŞ-da epidemiya şəklində yayılan qrip nəticəsində 37 uşaq ölüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “The Hill” qəzeti Xəstəliklərin Profilaktikası və Nəzarət üzrə Federal Mərkəzin (Centers for Desease Control and Prevention, CDC) rəhbəri Brend Fidceralda istinadən yazıb.
Onun sözlərinə əsasən, ekspertlər hesab edirlər ki, qış mövsümünün sonuna qədər qripdən ölən uşaqların sayı iki dəfə arta bilər.
Ümumilikdə isə ölkə üzrə qriplə bağlı xəstəliklər 50 mindən çox insanın ölümünə səbəb olacağı gözlənilir.
Mənbə:> Oxu.Az